Azərbaycanda son illərdə internetin sürəti əvvəlki göstəricilərlə müqayisədə 6 dəfə yüksəlib.
Gent.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.
Nazirin sözlərinə görə, süni intellekt artıq sadəcə texnoloji vasitə deyil, həm insanların həyat tərzini, həm də iş üsullarını dəyişən mühüm amilə çevrilib:
“Rəqəmsal sahə və innovasiya ilə bağlı nəticələr mərhələli şəkildə üzə çıxır. Bunun üçün bütöv bir ekosistem formalaşmalıdır. Bu ekosistemin inkişafı isə təkcə bir nazirin və ya fərdi şəxsin fəaliyyətindən asılı deyil. Burada məlumatların əlçatanlığı, bacarıqlar, institutların rolu və kapitalın mövcudluğu əsas şərtlərdir”.