Müğənni Aysel Teymurzadənin geyimi sosial mediada müzakirələrə səbəb olub.
Gent.az xəbər verir ki, Gəncə stadionunda keçirilən III MDB Oyunlarının bağlanış mərasimində səhnəyə çıxanlar arasında uzun müddətdir sənətdən uzaq olan "Avroviziya" təmsilçimiz Aysel Teymurzadə də olub.
Sənətçi səhnədə 2009-cu ildə "Avroviziya"da ifa etdiyi məşhur "Always" mahnısını səsləndirib. Lakin onun səhnə geyimi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Parıltılı karset və şalvardan ibarət geyimi ilə səhnəyə çıxan Aysel sosial mediada tənqid olunub. Bəzi izləyicilər paltarın onu artıqçəkili göstərdiyini və səhnə üçün uyğun olmadığını yazıblar.
Bununla belə, bir qrup izləyici Ayselin illər sonra səhnəyə dönüşünü nostaljik və sevindirici hadisə kimi dəyərləndirib.