Dünyanın məşhur kulinariya platforması "TasteAtlas" 2024-cü il üzrə “Dünyanın 100 ən yaxşı mətbəxi” reytinqini elan edib.
Gent.az xəbər verir ki, siyahıda Azərbaycan mətbəxi ilk 50-likdə yer almayıb.
Reytinqin ilk yerlərində əsasən Aralıq dənizi ölkələri qərarlaşıb:
???? 1-ci yer – İtaliya (4.64 bal)
???? 2-ci yer – Yunanıstan (4.60 bal)
???? 3-cü yer – Peru (4.54 bal)
???? İlk 10-luqda həmçinin Portuqaliya, İspaniya, Yaponiya, Türkiyə, Çin, Fransa və İndoneziya yer alıb.
Türkiyə 7-ci yerdə, Gürcüstan isə 21-ci yerdə qərarlaşıb. Region ölkələri arasında Ermənistan və Azərbaycan siyahıda görünmür.
Siyahının son zəngi isə 50-ci yerdə qərarlaşan İngiltərəyə (4.16 bal) qismət olub.
TasteAtlas reytinqi istifadəçi rəyləri, kulinariya ekspertlərinin qiymətləndirmələri və ənənəvi yeməklərin populyarlığı əsasında hazırlanıb.


