Məşhur komediya aktyoru Şahan Gökbakar övladları Deniz Efe və Ela üçün daha yaxşı təhsil imkanı yaratmaq məqsədilə həyat yoldaşı ilə birlikdə London şəhərinə köçüb.
Gent.az xəbər verir ki, 45 yaşlı sənətçi bir neçə ay əvvəl ailəsi ilə paytaxta gedərək uşaqlarını orada məktəbə yazdırıb.
Artıq Gökbakar rəsmi olaraq Böyük Britaniyada yaşayacaq və ailəsinə daha çox vaxt ayırmaq üçün burada məskunlaşıb.
Şahan yalnız layihələri ilə bağlı işlər üçün müəyyən müddətlərdə Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, aktyor ən çox “Recep İvedik” obrazı ilə tanınır.


