Başqa qadınları unut
Mütəxəssislərin fikrincə hər bir qadın, həmçinin rəhbər vəzifədə çalışan, başqa qadınlar haqda sözlərə diqqət yetirir. Həyat yoldaşını tənqid etsən, o sənin düşük olduğunu fikirləşəcək, tərifləsən – özü ilə müqayisədə mənfi nəticə çıxardacaq.
Əgər, Allah eləməsin, o ərdə deyilsə, ümumiyyətlə qadın sözünü ağzına alma. Lakin övldaların barədə söhbətləri o, anlayışla qarşılayacaq.
Mübahisə etmə
Rəhbər vəzifədə çalışan qadının özünəinam səviyyəsi aşırı dərəcədə yüksəkdir. Başqa sözlə, onun “dahi” fikri sizin şirkəti müflis edəcəksə belə, onunla qətiyyən mübahisə etmə.
Bunu başqa yol ilə etmək olar. Məsələn de ki, onun fikri çox əladır və əlavə plan kimi öz fikrini söylə. Bu zaman rəhbər-qadın sənin “fəndini” sezməyərək fikrinə qulaq verə bilər.
Əvəzedilməz ol
Mütəxəsisslərin fikrincə, rəhbəri qadın olan kişi elə əvvəldən özünü qüsurlu hiss edir. Buna lüzum yoxdur tək və əvəzedilməz olmağa çalış.
Bunun üçün rəhbərinin zəif olduğu sahələrdə möhtəşəm biliklərini sərgiləməyə çalış. Unutma ki, söhbət təkcə işdən getmir.