Tomas Edison
Tomas Edisonu müasir döymə maşınının banisi saymaq olar. Daha dəqiq isə, 1876-cı ildə o qravür aparatı – elektrik yazı iynəsini yaradır.
Bir müddət sonar isə Semuel O’Rayli bu aparatı təkmilləşdirir. Edisonun çiynində şahmat düzənişi ilə həkk edilmiş 5 nöqtə döyməsi var idi.
Corc Oruell
XX-ci əsrin əsas antiutopistin barmaqlarında mavi daəirələr döyülmüşdü. Bu döyməni yazıçı Myanmada polis kimi fəaliyyət göstərərkən vurmuşdu. Yerli sakinlər düşünürdü ki, bu döymə sahibini güllələrdən və ilan sancmasından qoruyur.
Teodor Ruzvelt
ABŞ-ın 26 prezidentinin sinəsində nəhəng ailə gerbinin döyməsi var idi. Bu döymədə 3 qızılgük, cəngavər dəbilqəsi və lələklər təsvir olunmuşdu.
Uinston Çörçill
Britaniyanın baş nazirinin sağ qolunda lövbər döyməsi olub. Dənizçi olmadığına baxmayaraq Uinston gənclikdə məhz bu döyməni vurdurmuşdu.
İosif Stalin
Gənc yaşlarında proletariatın gələcək lideri sinəsinə böyük gülən kəllə sümüyü döyməsi həkk etdirmişdi.
Stalin repressiyaları zamanı isə türmələrdə döymə qismində onun portretləri populyar idi.
Məhbuslar ümid edirdilər ki, edam zamanı cəzanın icraçıları Stalinə atəş atmağa cürət etməyəcəklər.
Kral II Harold
1066-cı ildə Hastinqs yaxınlığındakı döyüşdə öldürülən kral II-ci Haroldun nəşini bədənindəki döymələrdən, xüsusən də ürək nahiyyəsində vurulmuş Edit (Eldita) yazısından tanımaq mümkün olmuşdu.