Daimi narazı və narahat olmaq sağlamlıq üçün təhlükəlidir. Emosional dikomfort fizikiyə dönüşə bilər. Əgər işdən narazısansa, lakin onu dəyişməyə imkanın yoxdursa, özünə diqqət yetir. Çalış cari vəziyyətdən daha çox ləzzət alasan. Bunun üçün sənə bir sıra məsləhət veririk:
1.Özünü nailiyyətlərə motivasiya et
Yaxşı maaş həmişə işə sevgini artırır. Lakin əgər bu yeganə səbəbdirsə, bir müddət sonra darıxmağa başlayacaqsan və karyeraya marağı itirəcəksən. Ona görə də yalnız maaş haqqında düşünmə. Bu işdə hansı həddə çatmaq istədiyin haqda düşün. Dayanmadan yeni şeylər öyrənməlisən, insanlarla tanış olmalısan və özünü inkişaf etdirməlisən. Məhz bu cür işini sevə və əla mütəxəssis ola bilərsən.
2.Səlahiyyətlərini gözdən keçir
Əgər işin çoxdursa və rahatlaşmaq üçün bir dəqiqə belə tapa bilmirsənsə bu yaxşı deyil. Lakin həddindən artıq asan, beynini işə salmağa məcbur etməyən rutin də işə qarşı maraq artırmır. Görünən odur ki, tapşırıqları, cədvəlini və hətta vəzifəni dəyişməlisən. Rəhbərliklə danış. Şirkət üçün nə cür daha xeyirli olacağın barədə bir yerdə düşünün.
3.İşinin nə üçün vacib olduğunu müəyyən et
Hər bir fəaliyyətdə məna olmalıdır. Əgər öz işində bunu görmürsənsə, onu sevə bilməyəcəksən. Kollektivin bir hissəsi olduğunu və hansısa məqsədə doğru getdiyini hiss etmək vacibdir. İşinin başqalarına nə xeyir verdiyi barədə düşün. Bu sənə yaxşı əhval ruhiyyə verə bilər və işinə qarşı marağını artıra bilər.
4.Tarazlıq tap
Sabitlik və xaos arasında tarazlığı saxlamaq olduqca vacibdir. Həmişə içindən çıxmağa qorxduğun çərçivə içində qalmaq olmaz. İstər tam monitonluq, istərsə də aşırı gözlənilməzlik eyni dərəcədə karyera ilə bağlı marağı öldürür.
Vaxtın varsa, hansısa kursa yazıl, paralel olaraq yeni peşəyə yiyələn. Əgər əsas düşmənin xaosdursa – cədvəlinə əl gəzdir və ona riayət et. Mütləq istirahətə vaxt ayır. Əks təqdirdə səmərli şəkildə işləyə bilməyəcəksən.
5.Uğurlarını qeyd et
Ətrafdakıların təsdiqi əla motivasiya mənbəyi ola bilər. Lakin özün özünü də tərifləyə bilərsən. Məsələn, hansısa bir mükafat və ya nailiyyət sahibi olduqda: sevdiyin yeməyi yeyə bilərsən, kinoya gedə bilərəsən.
6.Həmkarlarından dəstək um
Səmimi komandada işləmək çox yaxşıdır. Hamı işin yaxşı getməsi üçün əlindən gələni edir. Bu mühitdə həmkarları ilə daha çox ünsiyyətdə ol, aranızda ortaq olan şeylər axtarın. İşi bir yerdə görmək, tək işləməkdən daha rahat və səmərəlidir.
7.İş yerində səliqə və səhmana riayət et
İş masasını lazımsız şeylərdən təmizlə. Əşyaları xoşladığın kimi qoy. Mümkün qədər rahat olmaq üçün şərait yarat.
8.Yalnız iş haqqında düşünmə
Əgər ömrünüzdə karyeradan başqa bir şey yoxdursa, hətta ən maraqlı iş qıcıqlandırmağa başlayır. Günün 24 saatı iş haqqında düşünmə. İdarədən çıxdıqda bütün mənfi fikirləri arxada saxla.
Əgər yuxarıda qeyd edilənlərin heç biri sənə işini sevdirə bilmirsə, ən yaxşı addım yeni iş tapmaqdır.