Türkiyənin İzmir şəhərində yaşayan 100-ə yaxın kubokun sahibi olan peşəkar ralli yarışçısı Bahadur Sevinc, təxminən 22 ildir məşğul olduğu yarışlar sayəsində xərçəng xəstəliyini məğlub edib. Gent.az xəbər verir ki, təxminən 2 il öncə boynunda bir şişin olduğunu fərq edən Bahadur, tiroid xərçəngi olduğunu öyrənib və dərhal müalicəyə başlayıb.
Ancaq müalicə almasına baxmayaraq, şiş bədəninə yayılmağa başlayıb.
Həkimin “yaşamaz” dediyi Bahadur, müalicəsinin getdiyi müddətdə də yarış meydançalarından əl çəkmir. Bir tərəfdən müalicə alır, digər tərəfdən yarışlarda iştiraka davam edir. Beləliklə o, bir ilin içində iştirak etdiyi 12 yarışın hamısında birinic olur.
Müalicəsi qurtardıqdan sonra sağlamlığına qovuşan Bahadur, “yarışlar olmasaydı bu gün burada olmazdım” - deyib.
İllərdir arzuladığı yarış meydançasını açan ralliçi, minnətdar olduğu tibb işçilərinə təmənnasız yarış təlimi keçəcəyini də bildirib.
Namiq Musayev