Salamo Arux Yunanıstanda dünyaya göz açır.
Uşaqlığını dəniz sahilində, gəncliyini isə müharibə öncəsi Avropada keçirir. O Saloniki şəhərində peşəkar boksla məşğul olur və Avropa çempionu titulu uğrunda döyüşə hazırlaşırdı. Lakin o başqa hekayənin qəhrəmanı olur – Osvensimin boks üzrə 200-qat çempionu.
Salamo bu düşərgəyə gəlmələrini belə xatırlayır:
“Bütün gecəni yatmamışdım. Bir gün idi ki dilimə heç nə dəymirdi. Baş verənlər məni artıq maraqlandırmırdı. Düşərgənin mərkəzində durmuşduq. Gözlənilmədən alman zabiti nə isə dedi. Tərcüməçinin sözlərindən söhbətin boksdan getdiyini anladım... Bəli, mən peşəkar boksçu idim. 1939-cu ildə orta çəkidə Yunanıstan çempionu olmuşdum. Lakin o səhər döyüşlər barəsində düşünmək belə istəmirdim. Birdən qardaşım və köhnə dostum məni qabağa itələdilər. Zabit məndən boksçu olduğumu soruşdu. Müsbət cavab aldıqda sübut tələb etdi. O, dedi ki indi döyüşməlisən. Mən yorğun idim, ayaq üstə dura bilmirdim, lakin razılaşdım”.
Salamo baş verənləri anlamırdı. Hans adlı alman zabit və onun düşərgədəki bir çox yoldaşı aşırı boks azarkeşi idi. Uzun gecələrə əng qatmaq üçün almanlar burada şəxsi döyüş klubu təşkil etmişdilər.
Düşərgədəki məhbuslardan “qladiatorlar” seçib pul qoyaraq döyüşdürürdülər. Hansı şbhəli şəkildə Salamonu süzür. O zaman S.Arux 167 santimetr boyu olan arıq bir kişi idi. Müharibə başlayandan Salamo rinq üzü görməmişdi və əzələ kütləsinin böyük hissəsini itirmişdi. Lakin ona çəki lazım deyildi. Sürətli və eleqant gərəkətlərinə görə jurnalistlər onu 1939-cu ildə “Balerina” adlandırmışdı.
Hansa yoxlama prosesini asan şəkildə təşkil etdi. O, taxta ilə yerdə dördbucaqlı rinq cızaraq, öz döyüşçülərindən birini yanına çağırır.
S.Arux rinqdə həmin adamla vuruşmalı olur. Lakin, gözlənilmədən Salamo onun ətrafında rəqs edərcəsinə fırlanaraq bir neçə zərbə vurur və rəqibini nokauta göndərir.
“Hans çox təəcübləndi. O tərcüməçidən mənim haqqımda soruşdu. Mən isə dedim ki, həqiqətən boks edə bilən adamınız varsa gətirin, görün nələri bacarıram. Bunu eşidər eşitməz qabağıma 190 santimetr boyu olan çexi çıxartdılar. İlk raundda onu yoxlayaraq onu necə məğlub edəcəyimi qərarlaşdırdım. Onun qarnına bir yumruq ilişdirərək çexi texniki nokauta göndərdim. Bunu görən almanlar “Zer qut!” (Çox yaxşı) deməyə başladı”...
Bundan sonra Salamonun həyatda qalmaq üçün “qladiatorluq” dönəmi başladı.
Osvensim çempionu
Ümumi olaraq Salamo düşərgədə 208 döyüş keçirir. Onlardan 206-da qalib gəlir, ikisində isə döyüş heç-heçə ilə bitir.
“Bir dəfə də məğlub olmadım. Əks təqdirdə indi burada yox idim. Düzü, bir dəfə buna çox yaxın idim. Onun adı Klaus idi. Almaniya yəhudisi. Çox qüvvətli idmançı idi. Bir neçə raund biz bir-birimizi öyrənirdik. Vaxt məhdudiyyəti yox idi. Rəqiblərdən biri huşunu itirinədək döyüş davam edirdi...Bir müddət rinqdə fırlandıqdan sonra ciddi zərbələr endirməyə başladıq. Qaz kamerası qorxusu olmasa idi, mən bu döyüşü uduzacaqdım. Lakin hər ikimizdə həyatda qalmaq üçün döyüşürdük...Qısa müddət sonra, endirdiyim zərbələrdən birindən sonra o ayağa qalxa bilmədi. Düzü məni də rinqdən yarımayıq vəziyyətdə çıxartdılar”, - deyə Salamo Arux qeyd edir...