Putinin kartejini "Aurus" elektromotosikli da müşaiyət edəcək
Rusiya prezidentinin kartejini digər avtomobillərlə yanaşı, "Aurus" elektromotosikllər də müşaiyət edəcək.

190 at gücündə olan motosiklin mühərriki elektrik enerjisi ilə işləyəcək.
Gent.az xəbər verir ki, yeni "Aurus" motosikl 3,7 saniyəyə 100 km/saat sürəti toplayır. 2022-2023-cü illərdə isə Aurus motosikllərinin kütləvi satışa çıxarılması planlaşdırılır.
"Aurus" hökumət və yüksək sinif avtomobil sinfinə aiddir. Bu ailəyə 5 model avtomobil- sedan, limuzin, yolsuzluq maşını, miniven və motosikl daxildir.






