Ölkəmizdə motosikllərin sayı artıb

Koronavirus pandemiyası dövründə onlayn satışların və çatdırılma xidmətinin inkişaf etməsi Azərbaycanda motosikllərin sayının artmasında da əks olunur.

Moto1 dəq oxu
Ölkəmizdə motosikllərin sayı artıb

Motosikllərin sayı 2017-ci ildə 213 ədəd azalmış, 2018-ci ildə 129 ədəd, 2019-cu ildə isə 863 ədəd artmışdır.

Gent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkəmizdə motosikllərin sayı 525 ədəd artaraq 4 min 594 ədədə çatıb. 2019-cu ilin sonunda motosikllərin sayı 4 min 69 ədəd idi.

1990-cı ildə Azərbaycanda 37 min 592 ədəd motosikl var idi.

Son 3 ildə (2018-2020-ci illərdə) Azərbaycanda motosikllərin sayı 1517 ədəd artıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan