Dietoloq Mariya Malışeva arıqlamaqla bağlı məşhur mifləri dağıdıb.
BiG.AZ xəbər verir ki, bu barədə Ura.ru yazır.
Mütəxəssis xüsusi dərmanların arıqlamağa kömək etməyəcəyini, ancaq bədənə zərər verəcəyini bildirib. Onun sözlərinə görə, yağ hüceyrələri bağırsaqda olmadığı üçün qarın işlədici dərmanlardan istifadə etmək mənasızdır. Sidikqovucu dərmanlar isə uzun müddət istifadə olunduqda böyrək və bağırsaqların fəaliyyətinə zərər vura bilər.
Dietoloq, həmçinin, ac qalmağı da pisləyib. Malışeva bildirib ki, bu, əzələ kütləsinin məhvinə və orqanzmin stresə düşməsinə səbəb ola bilər. Üstəlik, dietadan imtina etdikdən sonra itirilmiş çəki artıqlamasıyla qayıdır.
Mütəxəssis bildirib ki, yağlı məhsullardan tamamilə imtina etmək də doğru deyil, çünki yağ enerji və bədən toxumalarının bərpasında iştirak edir.