Mədə
İşini o qədər sevirsən ki, hətta nahar etmək üçün belə kompüterin qarşısından ayrılmırsan? İş də səni sevir. Ən sadiq qullarını o qastrit və mədə xorası ilə mükafatlandırır.
Bu prosesi sürətləndirən isəmədəni selikli qişasında yaşayan və xəstəliyi xronik edən Неliсоbасtег руlоri bakteriyasıdır. Onu qəzəbləndirməmək üçün fast-fud və kofe yerinə vitaminli qida qəbul et və əsəbləşmə.
Ayaqlar
Sözsüz ki, ən təhlükəsiz idarədə uğursuz hərəkət nəticəsində yıxılb ayaqlarını sındıra bilərsən. Lakin bu çox nadir haldır. Daha tez-tez isə kətildə oturmaq ayaq damarlarında trombların əmələ gəlməsinə yol açır. Bu tromb isə təsadüfən ürəyə düşsə, onu dayandıra bilər.
Bu səbəbdən idarədə mütəmadi olaraq qaçmağı məsləhət görürük. Bu həm sağlamlığına müsbət təsir edir, həm də ki qıraqdan səni çalışqan kimi göstərir.
Onurğa
Kvazimodo çağdaşımız olsa idi tənhalıqdan əziyyət çəkməzdi. Monitor arxasında fırlanan kresloda keçirilən bir neçə il sənə skolioz, osteoxondroz, və hətta hər ikinci klerkdə müşahidə olunan “yeddinci fəqərənin inhilalı” adlanan boyunda şiş “hədiyyə” edə bilər. Bunların qarşısını almaq üçün iş cədvəlinə “massaj” və “gimnastika” kimi bəndlər əlavə edin.
Beyin
Düşünürsən ki, həmkarlarının bir çoxuna psixiatr məsləhəti lazımdır? Doğrudur. ABŞ-ın Kolumbiya Universitetində aparılan tədqiqatlar göstərir ki, elektromaqnit şüalanma insan bədənində normal serotonin saəviyyəsini pozur, bu isə sinir pozğunluğuna yol açır. Daimi stress isə normal hala gəlir.