Sağlam və təmiz üz dərisi səliqəli görünmək istəyən hər kişinin istəyidir. Lakin, yaxşı üz dərisinə sahib olmaq çətindir. Yeniyetməlik zamanı çıxmağa başlayan sızanaqlar, yaş artdıqca meydana gələn qırışlar, müxtəlif səbəblərdən yaranmış ləkələr, getməyən izlər...
Lakin heyfsilənməyin, bütün bunlardan qurtulmağın tək bir sadə yolu var: dəriyə qulluq. Dəriyə qulluq etməyi gündəlik həyatınızda vərdişə çevirsəniz, daha parlaq, canlı, problemsiz cildə sahib olacaqsınız. İş saatlarınızın uzunluğunu, ya da xərclərin artmasını bəhanə gətirəcəksinizsə, buna ehtiyac yoxdur.
Bütün gününüzü güzgü qarşısında keçirmədən, bir ətək pul töküb dəriyə qulluq vasitələri, kremlər almadan, dermatoloqa getmədən də arzunuzu reallaşdıra bilərsiniz.
Bu yazımızda sizə Nyu-York şəhərinin baş dermotoloqu Hovard Sobelin təmiz üz dərisi üçün məsləhətlərini təqdim edirik:
- Üzünüzü soyuq suyla yumaq sizi təkcə yuxudan oyatmır. Soyuq su həm də üzdəki ölü hüceyrələrin təmizlənməsinə kömək edir. Ölü hüceyrələrdən xilas olan üzünüz isə artıq yorğun və cansız görünmür.
- Nəmləndirici losyon ikinci addımdır. Üzü təmiz yuduqdan sonra, üz hələ nəm olanda nəmləndirici losyondan istifadə edin. Üz dərisi üçün olan losyonların çoxu yağ əsaslıdır, normal və quru dəri üçün nəzərdə tutulub. Üzünüzdə yağlılıq varsa, su əsaslı losyonlardan istifadə edin.
- Nəmləndirici losyonlarla iş bitmir. Dəri daxildən də nəmlənməlidir. Bunun üçün gün ərzində 6-8 stəkan su için. Həmçinin qidalanmanızda spirtli içkilərin və kofeinin miqdarına da diqqət edin. Bu ikisi üz dərisində quruluq yaradır.
- Tək bir kremlə illərə meydan oxuya bilərsiniz. Sadəcə üz dərisinə qulluq üçün olan vasitələrinizin sırasına “Retinol” kremi də əlavə edin. A vitamini ilə zəngin olan krem üzdəki cizgiləri yox edərək qırışların qarşısını alır.
- Gündəlik həyatınızda şəkərdən qaçın. Orqanizmdə şəkər çoxluğu 35 yaşdan sonra kollagen sintezi azalması ilə dəriyə təsir etməyə başlayır. Qlükoza kollagen lifləri və elastanı birləşdir, nəticədə isə hüceyrələr kobudlaşır və zəifləyirlər. Bu proses qlikasiya adlanır. Qırışları yaradan ən önəmli faktorlardan biri də məhz budur.
Lakin şəkər tək kollagen sintezinə təsir etmir. O, həmçinin hüceyrələrin istehsal etdiyi kollagenin növünə də təsir edir. Liflər zəiflədiyi üçün dəriniz daha çox ətraf mühitin və günəş şüalarının təsirinə məruz qalır.
Bu 5 sadə məsləhətə əməl et və 4 həftəyə təmiz üzə sahib ol!