Qara ciyərdə toksinlərin toplaşması insanın sağlamlığına ciddi təsir edən amillərdən biridir.
Gent.az xəbər verir ki, ona görə də, qara ciyərin sağlamlığının qeydinə qalmaq lazımdır. Söhbət açacağımız detoks-içki həm qara ciyərinizin sağalmasına, həm də sürətlə arıqlamağınıza kömək edə bilər.
Bildiyimiz kimi qara ciyər orqanizmdə çox vacibi proseslərin həyata keçiriıməsinə, xüsusən də qanın təmizlənməsinə və bəzi zərərli şlaklardan təmizlənməsinə yardımçı olur. Qara ciyər orqanizmi alkoqol içki zamanı da müstəsna rol oynayır.
Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qara ciyər çəkinin azalmasında da mühüm rola malikdir.
Odur ki, biz qara ciyərin sağlamlığını qorumaqla, həm də artıq çəkidən xilas ola bilərik.
Bunu necə etmək olar?
Bunun üçün hamının əldə edə biləcəyi sadə bir içkidən gündə 3 dəfə qəbul etməklə mümkündür. Bu içkini qəbul etməklə həm qara ciyərin sağlamlığımı qorumuş olarıq, həm də 72 saata 4 kq arıqlaya bilərik.
Soku hazırlamaq üçün 3 limon soku, 1 stəkan doğranmış cəfəri (petruşka), 5 ədəd kərəviz, və stəkan su lazımdır. Bütün qarışıqları bir qaba töküb blenderlə qarışdırmaq və üzərinə su əlavə edib, qarışdırmaq lazımdır. İçiki istifadəyə hazırdır və gündə üç dəfə qəbul etmək lazımdır.
Prosesi 7-10 gündən sonra bir də təkrar etmək olar.(ölkə.az)