Sən siqaret çəkənsən? Düzü, o qədər də mühüm deyil.
Ya sən səngərin bu, ya da o biri tərəfindəsən. Çünki artıq bu dünya iki döyüşən tərəfə bölünüb. Söhbət Tütün Yarpağı və Təmiz Hava tərəfdarlarından gedir.
Ən maraqlısı odur ki, hər iki tərəf indiyədək tam olaraq siqaret çəkməyin təhlükəli olduğunu nə sübut, nə də təkzib edə bilib. Nə elmi, nə də statistik baxımdan.
Məlumdur ki, mütəmadi olaraq siqaret çəkənlərin ağ ciyərlərinin işlək həcmi azalır, yüklənmə zamanı nəbz daha çox olur, və onlar daha tez təngənəfəs olur. Onları metabolizmi sürətlidir və bu səbəbdən daha pis kökəlirlər və daha tez arıqlayırlar. Bu dəyişikliklərin həyat üçün nə qədər təhlükəli olduğunu qeyd etmək çətindir, çünki nikotin asılılığına gəldikdə alimlərdə və statistlərdə problem yaranır.
Bəli, ağciyər xərcəngindən ölənlərin 70% yaxını siqaret çəkən və ya çəkməyi buraxan insanlardır. Əlbəttə ki,beşinci mərtəbəyədək qalxarkən təngənəfəs olmaq pisdir.
Amma siqaret çəkənlər intellekt koeffisentinə yönəlmiş testləri 15% daha sürətli edirlər və şəkər diabetindən iki dəfə az ölürlər.
Bəli siqaret çəkən insanların uşaqları dünyaya nisbətən az çəki ilə gəlir. Lakin onlarda təhlükəli doğumqabağı preeklampsiya 50% az rast gəlinir və toksikoz hadisələri 3 dəfə az olur. Siqaret çəkənlərədə ağciyər emfizeması 3 dəfə çox rast gəlinir, lakin Alzqeymer və Parkinson kimi xəstəliklərə onlar 3 dəfə az düçar olurlar.
Bilinən odur ki, siqaret çəkən insanlar daha çox donmaq təhlükəsinə məruzdurlar, çünki onların toxumaları soyuğa qarşı pis müqavimət göstərirlər. Amma bununla belə siqaret çəkən insanlarda yara kolitləri çəkməyənlərlə müqayisədə çox azdır.
1993-cü ildə Avstraliyada işıq üzü görən 1989-1990-cı illərdə kontinentin əhalisinin sağlamlığı ilə bağlı hesabat qalmaqala səbəb olmuşdu.
Məlum olub ki, tibbi sistemi gəlişmiş olan bu ölkədə siqaret çəkənlərin və çəkməyi buraxanların səhhəti çəkməyənlərdən daha yaxşıdır. Tütün davamçılarının qorxusu olan aterosklerotik xəstəliklər və xərçəng çəkməyənlərlə müqayisədə cüzi fərq göstərib.
Bundan əlavə Avropada ən çox siqaret çəkən insanlara malik Yunanıstanda ən az xərçəng və qandövranı sistemi ilə bağlı xəstəliklər müşahidə olunur.
Nikotin necə işləyir
Tütündə nikotin adlı alkaloid mövcuddur. Tütün yandıqda tüstü ilə birlikdə ağciyət və selikli qişa vasitəsi ilə bədənə az miqdarda nikotin keçir. Sonra həmin nikotin toxuma hüceyrələrinə daxil olur. Əslində, bu o qədər də asan iş deyil, çünki hüceyrələrin olduqca güclü müdafiə sistemi var. Lakin nikotinin bəxti gətirib.
Bədənimizin təbbi fermenti olan asetilxolini içəri buraxan hüceyrələrimizin reseptorlarının bir hissəsi nikotini bu fermentin bir növü kimi qəbul edir və “qapıları taybatay açır”. Nikotin isə orqanizmə ciddi təsir edir.
O, ürək döyünməsini sürətləndirir, damarları daraldır, beyin neyronları ilə sıx təmasa girir, həzz fermenti olan dofaminin ifraz olunmasını stimullaşdırır – bədənimizdə, demək olar ki, nikotinin “burnunu soxmadığı” yer qalmır. Bununla belə, bədənimizdə cidi dəyişikliklər baş vermir. Alkoholla müqayisədə nekton özünü sakit aparır, sadəcə vərdiş yaradır. Bİr müddət keçdikdən sonar isə orqanizm nikotini öz sisteminin təbii hissəsi saymağa başlayır.