Ola bilsin ki, yuxu dərmanı istehsalçıları bu sirri sənə açan Saymon Freyzer Universitetinin kanadalı doktoru Lus Bodoynu artıq axtarışa veriblər.
Bəs Lus Bodoyn əczaçı şirkətlərdən niyə bu qədər çəkinir? Məsələ ondadır ki, o, bir neçə dəqiqə içində yuxuya getməyin yolunu tapdığını iddia edir.
Bunu etmək olduqca asandır.
Deməli, sən gərək adi fikirlərin vizual obrazlarla əvəz olunduğu bir vəziyyəti yaradaraq beynini aldatmalısan.
Məsələn, əlifbadan bir hərf seçirsən, bu hərflə başlayan söz tapırsan, sonra isə bu sözlə bağlı hekayə uyduraraq hadisələri beynində vizuallaşdırırsan. Başqa sözlə, əgər obraz qoyun olsa belə, onu sayma, sadəcə müşahidə et və istədiyini etməyə imkan ver.
Onun hərəkətləri nə qədər ağlasığmaz olsa o qədər yaxşıdır. Qoy o bərbəri məhkəməyə versin, bazarda alma seçsin, parlaq həyat yaşasın. Özün belə fərqinə varmadan yuxuya gedəcəksən. Sənə artıq bunu yoxlamaq qalır.