2019-cu ildə Con Travolta qarşımıza gözləmədiyimiz obrazda çıxdı:
Nə vaxtsa şəvə kimi saçların sahibi yanvarın 1 tam keçəl olan şəklini paylaşıb.
Qeyd etmək lazımdır ki, Cimmi Kimmelin qonağı olan məşhur aktyor yeni obrazı ilə bağlı müzakirələrin bu qədər qızğın olacağını təsəvvürünə bekə gətirmədiyini etiraf edib.
C.Travolta 2018-cil “Parisdən sevgilərlə” filmində artıq keçəl obrazında iynayıb. Həmin dönəmdə o musiqiçi “Pitbull” ilə görüşmüşdü və məhz o, Travoltanı imicində dəyişiklik etməyə ruhlandırmışdı.
Xatırladaq ki hər kişilərin təxminən 70% 35 yaşdan sonra saç tökülməsi ilə bağlı problem yaşayır. Lakin bu onların başlarını keçəlləmək məcburiyyətində olduqları anlamına gəlmir.
Bəli, Vin Dizel, Ceyson Steytem məhz bu yolu seçiblər.
Lakin saç tökülməsi ilə mübarizə aparmaq olar. Bunun üçün ilk növbədə səbəbləri öyərnmək, sonra isə müalicə metodlarını müəyyən etmək lazımdır.
Saç tökülməsinin səbəbləri
Əksər hallarda buna səbəb kişi hormonları adlandırılan androgenlər olur. Burada əsas mənfi qəhrəman qismində dihidrotestosteron çıxış edir. Yeri gəlmişkən o həmçinin prostatın sağlamlığına da təsir edir.
Bu hormonal saç tökülməsini androgenetik alopesiya adlandırırlar. Normal həyat prosesində saç ilk 2-3 ili uzanır, sonra onun uzanması yavaşlayır, 3-4 aydan sonra isə qopub düşür. Bundan sonra saçın kökündən yenisi çıxmağa başlayır. Adətən başda saçların 80-90% eyni zamanda uzanma fazasında olur.
Androgenetik alopesiya zamanı isə uzanma fazası ciddi qısalır. Buna görə d saçlar o qədər qısa və nazik olurlar ki, tez qopurlar. Hormonların bu prosesə necə təsir etdiyini alimlər hələ də müəyyən edə bilmiyiblər. Amma onlar dəqiq bilirlər ki, saç tökülməsi irsə təsir edir.
Androgenetik alopesiyaya qadınlarda da rast gəlmək olur. Lakin kişilər bu sahədə danılmaz “liderdir”. Avropeoid irqə mənsub olan kişilərin demək olar ki yarısı buna məruz qalır.
Saçların uzanmasına təsir edən digər amil isə qidalanmadır. Saçların tökülməsi həmçinin dəmir, sink, yağlı turşuların, selen, D,A,E,B3 vitaminlərinin, folik turşunun və biotin çatışmazlığından qaynaqlanır. Qeyd etmək lazımdır ki, qalxanvari vəzlə bağlı problemlər də saç tökülməsi ilə nəticələnə bilər.
Bəzən başın fərqli hissələrinə saç tökülməyə başlayır. Mütəxəssisin sözlərinə görə, buna səbəb stres, 3 gündən çox davam edən 38-in üstündə temperatur, daxili sistem oraqnlarının xəstəlikləri və digər şeylər ola bilər. Kişilər buna nadir hallarda fikir verir, çünki onların saçları qısa olur.
Saçları əsl “soyqırıma” məruz edən xəstəliklər qismində yuva alopesiyasını qeyd etmək olar. Doğrudur, bir müddət sonra bu xəstəlik səbəbindən tökülən saçlar yenidən çıxa bilər.
Saç tökülməsinin qarşısını almaq olarmı?
İlk növbədə siz analiz verərək problemin nədən qaynaqlandığını müəyyən etməlisiniz. Ola bilər ki, səbəbkar heç hormonlar deyil.
Əgər bu makro və ya mikroelementlərin çatışmazlığından qaynaqlanırsa sizə balanslaşdırılmış qida və qida əlavələri kömək edəcək.
Əgər məsələnin kökü androgenetik alopesiyadırsa adi kosmetika burada yararsız olacaq. Lakin zərbəni yumşaldacaq vasitələr var. Onların arasında dəriyə sürtülən və içilən preparatlar var.
Saç tökülməsinin qarşısını alan vasitələr
Minoksidil – dəriyə sürtülən preparatdır. Saçın uzanma fazasını daha da uzadır. Əsəs qeyd, onu uzun müddət istifadə etmək lazımdır. Nəticə isə iki ayda sonra görünəcək.
İstifadəsinə başladıqdan sonra onu dayandırmaq olmaz, çünki bu zaman saçlar dərhal töküləcək. Eyni xüsusiyyətlərə amineksil də malikdir.
Qeyd etmək lazımdır ki, əgər saç tökülmə 5 ildən öncə başlayıbsa bu preparatlar o qədər də kömək etməyəcək, lakin saç tökülməsini görən kimi istifadəyə başlasan uğur əldə edəcəksən.
Finasterid – bu preparatı içirlər. O, saç tökülməsinə səbəb olan hormonların formalaşmasını azaldır.
Və ən əsası saç follikularının transplantasiyası. Burada əsas olan səbr və peşəkar mütəxəssisdir.