İlk baxışdan adama qəribə görünsə də, evləri neylon corab vasitəsilə təmizləyən insanlar az deyil. Neylon corablar bir çox evdar qadının köməyinə çata bilər.
Gent.az tək neylon corabla deyil, bir neçə təmizlik sirlərini sizə təqdim edir:
Tozsoran üçün neylon corablar
Əgər evi tozsoranlamaq istəyirsinizsə, ancaq zibillə birlikdə yerə düşən lazımlı kiçik bir şeyin də udulmasından qorxursunuzsa, kömək üçün neylondan hazırlanmış corablardan istifadə edin. Tozsoran borusunun üzərinə corab çəkin və onu döşəmənin üstündən keçirin. Axtarılan şey dərhal tapılacaq və zibil torbasını açıb baxmağa ehtiyac qalmayacaq.
Xoş bir qoxu üçün pambıq yunu
Evdən xoşagəlməz iy gəlirsə, heç bir təmizlik kömək etməyəcək. Bu qüsuru düzəltmək üçün tozsoranın toz toplama bölməsinə ətirli efir yağında isladılmış pambıq parça qoyun.
Təmiz qaz sobası
Qaz sobalarını yeni kimi göstərmək üçün onları 20 dəqiqə ərzində soda, sirkə və təmizləyici vasitənin məhluluna - bütün inqrediyentlərdən üç xörək qaşığı əlavə edin. Qaynar su əlavə etməyi də unutmayın. Sonra bu məhlulla qazın üzərini sürtün. Nəticə möhtəşəm olacaq.
Soba üçün limon
Sobanı təmizləmək üçün üç limonu yarıya bölün və qaba qoyun, sonra su ilə doldurun və sobanı 180 dərəcədə bir saat işlədin. Bu müddətin sonunda bez ilə içini silin.