Yaradıcılıq doğuşdan gəlir, yoxsa zamanla öyrənilir?

Şübhəsiz ki, bir çoxunuz yaradıcılığı rəsm və ya heykəltəraşlıq kimi vizual sənətlərlə əlaqələndirirsiniz. Ancaq yaradıcılıq bundan daha geniş məna kəsb edir. Həyatınızın bütün sahələrində yaradıcı ola bilərsiniz. Bəs sizcə, yaradıcılıq doğuşdan gəlir, yoxsa zamanla qazanılır? Sualın cavabını öyrənmək üçün yazını sonadək oxuyun.
Yaradıcılıq hər zaman seçilmiş insana gələn ilham pərisinin məhsulu olmur, tarixən bir çox möhtəşəm işlərə imza atmış şəxslər çox çalışaraq bu xüsusiyyəti qazanıblar.
Bu səbəbdən də, yuxarıdakı sualın cavabı: bəli, hər kəs yaradıcılığı öyrənə bilər.
"Yaradıcılıq" termini Coy Paul Quilford tərəfindən 50 il əvvəl yaradılıb. Onun fikrincə, yaradıcılıq yeni və dəyərli bir şey edə bilmək bacarığıdır. Beləliklə, hər hansısa bir məsələni həll etmək, nəzəriyyə formalaşdırmaq da yaradıcılıq hesab edilir.
Çox az sayda mütəxəssisin yaradıcılığın insanın genindən, doğuşdan gəlməsi ilə bağlı şübhələri var. Əksər tədqiqatçılar isə bunun mümkünlüyünü bildirsələr də, bu xüsusiyyətin həyat boyunca qazanıla biləcəyinə inanırlar. Onlar fikirlərini belə əsaslandırırlar ki, bütün uşaqlar 3-5 yaş aralığında yaradıcı, yeniliyə və öyrənməyə açıq olurlar. Lakin böyümə tərzlərindən asılı olaraq, bəziləri bu özəlliyini itirir və standart düşünməyə başlayır. Amma bu, o demək deyil ki, həmin insan bir daha əsla yaradıcı ola bilməz. İnsan öz üzərində işləyərək yaradıcılıq bacarığını inkişaf etdirə bilər. Bunun üçün isə ilk növbədə, xəyal gücü, maraq və tənqid etmə bacarıqlarını artırmaq lazımdır.
Yaradıcılıqdan söhbət gedirsə, bu məsələlərdə diqqətli olmalısınız:
- Şəxsi maraq və bacarıqlarınıza əsaslanın. Marağınız olan sahədə yaradıcı ola bilərsiniz.
- Daha çox araşdırma, tədqiqat metoduna üstünlük verin. Bunlar yaradıcılığın ən sevdiyi üsullardır.
- Həyatınızda təxəyyülə geniş yer açın.
- Özünüzə güvənin və fikrinizi ifadə etməyi bacarın.
- Yaradıcılıq motivasiya və səylə qazanılır. Bacaracağınıza dair inamınızı itirməyin.
- Özünüzü rahat buraxın, azadlıq yaradıcılığı müəyyən edən ilk xüsusiyyətdir.
- Son olaraq, ətrafınıza yaradıcı insanlar toplayın.
"Yaradıcılıq keçicidir. Onu hər kəsə keçirin"
- Albert Eynşteyn






