Sonsuz yaşamın simvolu olan lotos çiçəyinin çay kimi də istifadə olunduğunu bilirdiniz?
Gent.az sizə lotos çiçəyinin insan sağlamlığı üçün faydalarını təqdim edir.
- Ürəyin sağlamlığı üçün çox faydalı olan lotos çiçəyinin çayı ürəyin fəaliyyətinin yaxşılaşmasına müsbət təsir edir.
- Onun qoxusunun sakitləşdirmə və yuxu gətirmə kimi təsirləri var.
- C vitamini ilə zəngindir.
- Özünü təmizləmə xüsusiyyətinə malik olan bu bitkinin çayı insan bədənindən mikrobların təmizlənməsinə də yardımçı olur. Dərini təmizləyir, ona parıltı da verir.
- Çəki atmaq istəyənlər üçün də təbii yardımçı vasitədir
Çaydan başqa, bu çiçəyin yağını da istifadə edərək yuxarıda sadalananlardan faydalana bilərsiniz.
Qeyd edək ki, hər şeyin həddindən artığı zərərli olduğu kimi bu çaydan da həddindən çox istifadə zəhərlənməyə səbəb ola bilər. (Lent.az)