Həyatımızda önəmli yerə sahib olan rənglərin öz mənaları, istifadə olunduqları yerlər var.
Onlar həm də insanların xasiyyətindən, psixoloji durumundan xəbər verir. Adi iş görüşündən tutmuş, əyləncəyə qədər bütün məkanlarda seçdiyiniz rəng sizin ruh halınız və sizin şəxsiyyətiniz haqqında ilkin fikri oyadır.
Qırmızı
Həlledici, istiqamətləndirici, iddialı olan qırmızı hissləri ifadə edən ən güclü rəngdir. Bu çalar liderlik xüsusiyyətlərini önə çıxarır. Bir rəng kimi qan təzyiqini və tənəffüsü sürətləndirir, insanları cəld qərarlar verməyə və gözləntiləri artırmağa təşviq edir. Qırmızı diqqət çəkən bir rəngdir. Eyni zamanda emosiyaları artırır, həyəcanlandırır. Ona görə də özünü idarə etməkdə çətinlik çəkənlərə bu çalardan uzaq durmağı tövsiyə edirik.
Mavi
Yalnızlığın, kədərin, depressiyanın, müdrikliyin, etibarın və sədaqətin simvoludur. Bu səbəbdən psixoloqlar pasiyentlə müsahibə zamanı heç vaxt bu rəngdə paltar geyinmirlər. İş müsahibələrində mavi rəngdə geyinmək isə qətiyyət və bağlılığı ifadə edir. Çəki problemi yaşayanlar evlərini göy rəngə boyayaraq pəhrizlərini asanlaşdıra bilərlər. Mavi və açıq səma rənginə boyanmış mühitlər səmərəliliyi və performansı artırır. Mavi rəngə üstünlük verənlərin şəxsiyyət analizində bu insanların tolerant, dözümlü, sülh tərəfdarı olduqları müşahidə olunur. Onlar az ilə kifayətlənə bilir, səbirli və möhkəmdirlər.
Parlaq limon sarısı gözləri ən çox yoran rəngdir. Eyni zamanda sarı rəng maddələr mübadiləsini sürətləndirir. Otağınızı açıq sarı rəngə boyasanız, körpələrin ağlamasına, böyüklərin isə əsəbləşməsinə səbəb ola bilərsiniz. Həmçinin sarının kompüter ekranında fon olaraq seçilməsi yaxşı fikir deyil. Bu beyni və gözü yorur. Sarı az miqdarda istifadə edildikdə parlaqlıq və istilik hissi verir. Solğun sarı isə çürümə, xəstəlik, paxıllıq və hiylə simvoludur. Bu rəngə üstünlük verənlərin şəxsiyyət analizində bu insanların azad və müstəqil olmağı sevdikləri, dəyişkənliyə üstünlük verdikləri üzə çıxıb. Bu şəxslər yüksək səviyyədə inandırma qabiliyyətinə malik, intellektual, idarəedici, ambisiyalı və iddialıdırlar.
Yaşıl
Yaşıl həyatın, gəncliyin, yenilənməyin, ümidlərin və canlılığın rəngidir. O, görmə qabiliyyətini yaxşılaşdırır, sakitləşdirici və sinir sisteminə müsbət təsir edici xüsusiyyətə malikdir. Bu rəngə üstünlük verənlər öz dəyərini anlayan, doğru bildiklərinin üzərində israrlı olan şəxslərdir. Onlar öz fikirlərində heç vaxt güzəştə getmirlər. Yaşıl nüfuzu və etibarlılığı əks etdirərək, ətrafındakıların bu çalardan istifadə edənlərə heyran buraxmağı bacarır.
Qara
Qara ziddiyyətli rəngdir. Bir tərəfdən qaranlıq qüvvələri, cinayəti, pisliyi, digər tərəfdən sədaqəti, əzmi, dözümlülüyü, tədbirli olmağı, müdrikliyi və etibarlılığı əks etdirir. O, hökmranlıq və qüdrət, eyni zamanda ağrı, qəm və yas mənası daşıyır. Qara çox insanın qarderobunda yer alır. Bəziləri güclü və ciddi görünmək üçün qara rəngdən istifadə edir. Digərləri isə daha incə göstərdiyi tərcih edir. Qara rəngi sevən insanlar ümumiyyətlə özünə güvənən, qərarlı və qətiyyətlidir. Lakin bu rəngdə geyinənlərin psixi problemlərinin daha çox olduğu müəyyən edilib. Xüsusilə uşaqlarda inadkarlıq və depressiyaya səbəb ola bilər.
Ağ
Saflığı, təmizliyi və məsumluğu özündə etiva edir. Bir çox mədəniyyətlərdə gəlinlər ağ geyinir. Bu rəngin təmizliyi simvolizə etməsindən irəli gəlir. Buna misal olaraq həkimlərin, tibb bacılarının və laborantların steril görünmək üçün bu rəngdə geyinməsini nümunə göstərə bilərik. Ağ işığı yaxşı əks etdirdiyi üçün yay geyimlərində istifadəsi tövsiyə olunur. Ağ rəngi sevən insanlar ümumiyyətlə təmizliyi, düşüncəni sevən, geniş təxəyyülü, soyuqqanlı insanlardır.
Bənövşəyi
Nəcibliyin rəngidir. Dəbdəbəli həyatı, zənginliyi və zərifliyi simvolizə edir. Lavanda və yasəmən çalarlarının ruhlandırıcı təsirinə görə iş otaqlarında istifadə oluna bilər. Bu çalar əqli fəaliyyətləri və bədii düşüncəni artırır.
Qəhvəyi
Qəhvəyi rahat atmosfer yaradır. Sabitlik, güc, yetkinlik və etibarlılıq mesajları verir. Bu rəngə üstünlük verən insanlar həssas dəriyə malikdirlər. Onlar həm də çox emosionaldırlar. Sakitliyə və sadəliyə üstünlük versələr də, təkliyi sevmirlər.
Çəhrayı
Romantik və zərif rəngdir. Sakitləşdirici təsiri var. Araşdırmalar göstərir ki, bu çalar insanı sakitləşdirir, ürəyi yumşaldır, əsəbləri sakitləşdirir. Bir vaxtlar həbsxanada qapı və barmaqlıqları çəhrayı rəngə boyandıqda məhkumların aqressiv davranışlarının aradan qalxdığı müşahidə edilib. Çəhrayı rəngi sevən insanlar, əsasən də qadınlar emosional, şən, məsuliyyətli və bir az da utancaq olurlar.
Narıncı
Həyəcanlı, xoşbəxt, dinamik, diqqətəlayiq, diqqətçəkən və ürəkaçan rəngdir. O, maddələr mübadiləsini sürətləndirir. İnsana cəsarət və inam verir. Zehni aktivləşdirir. Narıncı rəngi tərcih edənlə aktiv, şən və güclü sosial əlaqələrə sahibdirlər.
Boz
Ciddilik və hərəkətsizliyi oyadır. Diplomatik və ağır mühitlərdə balans elementi və barışdırıcı vasitə kimi istifadə edilir. Boz rəngi sevən insanlar adətən hadisələrdən uzaq durmağa üstünlük verirlər. Bu rəng pessimizmə və introversiyaya səbəb ola bilər. Aktiv və ünsiyyətcil insanlar boz rəngə üstünlük verirlər.