Çexiyanın Karl Universitetində aparılan tədqiqat fərqli qadın fiqurlarının cəlbediciliyi və təkamülə həsr olunur.
Alınan nəticələr isə gözlənilməzdir. Məlum olub ki, kişilərə böyük yox, ortaölçülü döşlər daha xoşdur.
Bu isə böyük döşıü qadınlarda estrogen səviyyəsinin çox olması, deməli onların daha qadınsı görünməsi və şüuraltı olaraq kişilərdə bu qadınlarla nəsil artırmaq kimi dəfedilməz istək oyatdığı fikrə tamamilə ziddir.
Ölkədə müxtəlif yaşlara malik 267 namibiyalı, kamerunlu, braziliyalı və çexiyalı kişi iştirak edib. Onlar arasında qadınların xarici görünüş ilə bağlı təfərrüatlı sorğu aparılıb. Sonra isə araşdırma iştirakçıların fərqli formalara və ölçülərə malik qadın döşləri göstərilib.
Fərdi istəklərin fərqli olmasına baxmayaraq, kişilər arasında ən populyar orta ölçülü döşlər olub. Böyük döşləri isə, təəcüblü olsa da, ikinci yeri tutub. Sorğuda iştirak edən bütün kişilər birmənalı olaraq vurğulayıb ki, döşlər elastik və bərk olmalıdır.
Alimlər bunu mərhəmətsiz təkamül (və cazibə qüvvəsi) ilə bağlayır. Məlumdur ki, yaş keçdikcə qadın döşləri yumşalır və sallanmağa başlayır. Ona görə də, qadının doşləri nə qədər yekə olsa da, göbəyinə çatırsa, deməli o artıq nəsilartırma dövrünün, ən yaxşı halda, sonlarındadır və bioloji baxımdan heç bir şeyə yaramır.