Qadın orqazmı özü özlüyündə çox mürəkkəb bir hadisdir.
Tarix boyu alimlərin (əlbəttə ki kişilərin) bununla bağlı fikri dəyişib. Əgər orta əsrlərdə qadınlarda orqazmın olmadığı iddia edilirdisə, XIX-cu əsrdə ona bütün xəstəliklərin dərmanı adını vermişdilər. Günümüzdə orqazm təfərratla araşdırılsa da, onunla bağlı bəzi suallara hələ də öz cavabını tapmayıb.
Məsələn bu suallardan biri qadınların orqazmı niyə imitasiya etməsi ilə bağlıdır. “Illicit Encounters” tanışlıq saytı bununla bağlı araşdırma sifariş edib.
Bu araşdırmada hər iki cinsi təmsil edən 1 000 nəfər iştirak edib. İlk növbədə mütəxəssislər kişi orqazmını araşdırıblar. Məlum olub ki, kişilərin orqazmı imitasiya etməsi onların nəcib hissləri ilə bağlıdır – kişilər bunu edərək qadının xətrinə dəyməmək istəyirlər.
Qadınlarda bu məsələ mürəkkəbdir. Onlar bunu bir neçə səbəb görə edirlər.
Onlardan ən yayqın olanı (respondentlərin 50% bu cavabı verib), seksin uzanması və ləzzətdən yorucu məşqə keçməsidir.
İkinci səbəb – elə başlayandan bir şey vəd etməyən darıxdırıcı seks.
Üçüncü səbəb – qadınlarda seksual əhvalın olmamasıdır.
Dördüncüsü səbəb isə adi yorğunluqla bağlıdır.