Şirkətin texniki dəstəyi bu problemlərin olduğunu bəyan edib.
Gent.az xəbər verir ki, sözügedən problemlər “Exynos 2100” prosessoru ilə təchiz edilmiş smartfonun qlobal və Cənubi Koreya versiyalarında qeydə alınıb.
Şirkətin nümayəndəsi bildirib ki, proqram təminatı xarakteri daşıyan boşluq yeniləmə vaxtı aradan qaldırılacaq.
“Samsung Galaxy S21” aparatı üçün yeni proqram təminatı versiyası kameranın işini optimallaşdıracaq.