Hazırda sosial media platformaları həyatımızın bir hissəsinə çevrilib. Korporativ nöqteyi-nəzərdən kommunikasiya vasitələri də bu sosial media platformalarından keçir. İndi dünyada bir çox sosial şəbəkə var. Bəzən onlardan hansının yaxşı olduğuna qərar vermək çətin olur.
Gent.az kiçik bir araşdırma edərək mesajlaşma üçün ən yaxşı messencerləri təqdim edir:
Əvvəla, bu seçimi edərkən mesajlaşmanı nəzərə almaq və bunun üçün yaradılmış xüsusi proqramlardan istifadə etmək daha məntiqlidir. Bu platformaların bir çoxunda istifadəçilərin mesaj mübadiləsi və ya müəyyən mövzuya yönəlmiş söhbət otaqlarına qoşula biləcəyi alt icmalar var. Bunun üçün sizə düzgün şəbəkə, düzgün proqram lazımdır.
Təkbətək söhbətlər üçün ən yaxşısı aşağıdakılar hesab olunur:
“Facebook Messenger”
Siz burada ani mesajlar və söhbət otaqları yarada bilərsiniz. Şəkillər və müxtəlif media faylları göndərə bilərsiniz. Messencer, həmçinin səsli və video zəng funksiyalarına malikdir.
“Telegram”
Teleqram ən güvənli messencer tətbiqlərindən biri hesab olunur. Siz həmçinin burada yoxa çıxan mesajlar və maraqlı məlumat paylaşma imkanları olan söhbət otaqları yarada bilərsiniz. Əlavə məxfilik imkanları var. Məsələn, gizli söhbət rejimi. Hətta mesajları özü avtomatik məhv edən taymer də var.
“Telegram”ın ən populyar üstünlüklərindən biri böyük faylları çox tez ötürə bilməyinizdir.
“WhatsApp”
Son zamanlarda istifadəçi müqaviləsi ilə bağlı bir tendensiya var. Müqaviləyə imza atmayanların hesablarının silinəcəyi ilə bağlı çoxlu söz-söhbətlər yayılıb. Daha sonra alternativ olaraq “Telegram” ön plana çıxdı. Amma buna baxmayaraq, “WhatsApp” populyarlığını qoruyub saxlamaqda davam edir.
Hətta bir müddət əvvəl “Telegram” kimi yoxa çıxan mesaj funksiyasını təqdim edib. Bu messencer davamlı olaraq özünü yeniləməyə davam edir. Mesajlaşmaları şifrələmə ilə edildiyi ən çox istifadə olunan mesajlaşma platformasıdır. Buraya söhbət otaqları, video və səsli zənglər kimi bir çox xidmətlər də daxildir.
“Instagram”
Instagram təxminən 6 milyard istifadəçiyə ev sahibliyi edir. Olduqca məşhurdur. Video və səsli zənglə yanaşı, məhdudlaşdırma xüsusiyyəti ilə də diqqət çəkir. Məsələn, bir insanın sizi narahat edən şərhləri və ya mesajları varsa, siz həmin şəxsi məhdudlaşdıra bilərsiniz. Məhdudlaşdırdıqdan sonra sizə mesaj göndərəcək, lakin məhdudlaşdırılanlar kimi ayrı yerdə olacaq. Üstəlik, o, şərh verə biləcək, lakin bunun görünmədiyindən xəbərsiz olacaq.
“Twitter”
“Twitter” çox seçilən mesajlaşma tətbiqi olmasa da, tanınmış və ən yaxşı sosial media platformalarından biridir. Siz dostlarınız və ya digər istifadəçilərlə təkbətək mesajlaşma üçün istifadə edə bilərsiniz.
Bəs, işlə bağlı istifadə etmək üçün ən yaxşı mesajlaşma platformaları hansılardır?
“Slack”
İşlə bağlı mesajlaşma proqramları arasında ən yaxşı seçiminiz “Slack” olardı. Çünki o, “Twitter” və “Dropbox”dan “MailChimp” və “Google Drive”a qədər hər şeyi dəstəkləyir və müxtəlif iş axınlarınızla mükəmməl birləşir. O, həmçinin onlarla bulud saxlama xidmətlərini birbaşa “Slack” mesajlarınıza birləşdirə biləcəyiniz üçüncü tərəf proqramlarının ekosisteminə malikdir.
“Google Chat”
Bu, “Google” tərəfindən təklif olunan bir söhbət proqramıdır. Android və IOS prosessorları olan mobil telefonlarda dəstəklənir. O, həmçinin video və audio zənglərlə görüşlər yarada biləcəyiniz funksiyalara malikdir. Siz söhbət otaqları yarada və tapşırıqları, təqvim tədbirləri təşkil edə bilərsiniz.