Bu, insan orqanizminin infeksiya və viruslara qarşı davamlılığını artırır, insan daha az xəstələnir.
Gent.az xəbər verir ki, bəzi məhsullar var ki, bu məhsulların daimi qəbulu immun sisteminə çox müsbət təsir edir. Bu məhsulların arasında birinci yerləri bal və limon tutur. Bal və limondan çox dadlı təbii immunopreparat hazırlamaq olar.
3 ədəd limon yaxşı yuyulur, qabıqlarla birlikdə blenderdə xırdalanır və ya ətçəkən maşınından keçirilir. Daha sonra eyni miqdarda balla yaxşı qarışdırılır və hər gün 1 xörək qaşığı olmaqla səhər və axşam qəbul edilir. Hazır qarışığı soyuduca saxlamaq lazımdır.
Bu təbii dadlı dərmanı hər gün qəbul etmək olar.(axşam.az)