Alimlər PHDİ indeksi tərtib edərək, ərzaqların ekoloji və faydalılıq qiymətləndirməsini aparıblar.
Gent.az xəbər verir ki, sonra bu indeksi 100 min ABŞ sakini üzərində sınayıblar.
Məlumat bazasl 1986-2018-ci illəri əhatə edib.
Alimlər sübut edib ki, maksimal PHDİ indeksli dietaya uyğun qidalanan insanlarda istənilən səbəbdən ölüm səviyyəsi 25% az olub, nəinki adi qaydada qidalanan.
Ekoloji pəhriz xərçəng və ürək-damar xəstəliklərindən 15%, neyrodegenerativ xəstəliklərdən 20%, iltihabi xəstəliklərdən 50% qoruyur.
Ən ekoloji qidalar içində nişastasız meyvələr, tərəvəzlər, tam taxıllar, qozlar, ləpələr, doymamış yağlar, paxlalılar yer alıb.
Ətrad mühit və sağlamlıq üçün zərərli qırmızı ət, un məmulatları, şəkər, yumurta elan edilib.(medicina.az)