Cinsi zəifliyi başlayan kişi qanda şəkərdən tutmuş, qanazlığı, xolesterin səviyyəsini analiz etməlidir.
Gent.az xəbər verir ki, həkim kardioloq Oleq Vorfolomeyev yüksək xolesterinin olması və bunu müalicə etməməyin təhlükəli olduğunu açıqlayıb.
“Kişilərdə infarkt və insult riskindən əlavə cinsi disfunksiya yarada bilər. Bu ona görə baş verir ki, damardaxili yağ qalıqları xolesterin nəinki ürək, beyin damarlarını, eləcə də cinsiyyət orqanları damarlarını kapilyarlara kimi tutub, orda qan pıtrağı yaradır, nəticədə qan dövranı pozulur və cinsi zəiflik başlayır.
Adətən çox insanlar bunun baş vermə mexanizmini bilmir, müxtəlif dərmanlar içirlər. Yüksək xolesterin cinsiyyət üzvünün sinir hissiyatına da təsir edir.
Xüsusən gənc orta yaş kişilərdə erkən cinsi zəiflik varsa, onlar birinci növbədə xolesterin, lipidi analiz etməlidir. Eləcə də qan dövranlarını təmizləməlidir. Vaxtında diabet və xolesterinin müalicəsi cinsi orqanlarda sonrakı dəyişikliyin qarşısıın ala bilər”.
Yüksək xolesterin oturaq işdən, içki, siqaret, yağlı qida və stresdən olur.(bakupost.az)