No –fap "90 gün ərzində masturbasiya və cinsi əlaqədən azad ol" deməkdir.
Gent.az xəbər verir ki, Təşkilat 90 günlük uzaqlaşmanın testosteron səviyyəsini artırdığını, fiziki və zehni inkişafa səbəb olduğunu bildirir.
Testosteron kişilərin əhval-ruhiyyəsinə çox güclü təsir göstərir. Motivasiya verdiyi və depressiyanı yaxşılaşdırdığı sübut edilmişdir. Kişi cinsi funksiyasının bir çox aspektləri də testosterondan asılıdır.
Digər tərəfdən, bir sıra tədqiqatlar abstinensiyanın testosteron səviyyələrinə heç bir təsir göstərmədiyini , hətta mastrubasiya və ya cinsi əlaqədən sonra onun səviyyəsinin artdığını göstərmişdir.
Orqazm zamanı endorfinlərin ifraz olunması müsbət hisslərə səbəb olur. Mastrubasiya stressi aradan qaldırmağa, rahatlamağa, yuxunu yaxşılaşdırmağa, əhval-ruhiyyəni yüksəltməyə, cinsi gərginliyi aradan qaldırmağa kömək edə, kişilərdə prostat xərçəngi riskini azalda bilər.
Problem həddən artıq bu işlə aludəçilikdə ola bilər.
Əgər insanda mastrubasiyadan sonra günahkarlıq hissi yaranarsa, onda narahatlıq və depressiya yarana bilər. Uzun müddət davam edən günahkarlıq, depressiya və narahatlıqdan qaynaqlanan stress testosteron səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.(medicina.az)