Azərbaycan əhalisi avqust ayında pərakəndə ticarətdə 3,53 milyard manat pul xərcləyib. Xərclənən pulun çox hissəsi ərzağa, qalan hissəsi qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Sfera.az bildirir ki, avqustda ərzağa 1,79 milyard manat xərclənib. Bu xərc cəmi xərclərin 51 faizini təşkil edib.
İkinci ən çox vəsait geyimə ayrılıb. Geyimə cəmi xərcin 15 faizi, yəni 532 milyon manat xərclənilib.
Xərclərin böyüklüyünə görə növbəti yerdə avtomobil yanacağı gəlir. Əhali avtomobil yanacağına bir ayda 217 milyon manat xərcləyib.
Ötən ay elektrik mallarına və mebelə 209 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 75 milyon manat, kompüter və telekkomunikasiya avadanlıqlarına 38 milyon manat sərf edilib.
Digər qeyri-ərzaq mallarının alınmasına ümumilikdə 491 milyon manat ayrılıb.