AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Naxçıvana və əks-istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

Səyahət1 dəq oxu
AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

Bu barədə AZAL məlumat yayıb.

Gent.az xəbər verir ki, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır.

Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan