Əlacsızlıqdan bəzi turistlər hətta təyyarinin şassinin lyukunda uçmağa hazırdır.
Lakin daha asan və təhlükəsiz yol var.
Növbəti dəfə böyük rahatlıqla, lakin daha az xərcləyərək istirahətə getmək istəsən bizim bu layfhakı yadına sal. Qabaqcadan deyirik ki, bu üsul həmişə olmasa da, tez-tez işləyir.
Deməli turistlərdən biri bir neçə dəfə hava limanına gecikib, qeydiyyat masasına yaxınlaşdıqda isə ekonom klassa bilet alan turistə biznes klassda uçmağı təklif ediblər. Turist bu üsulun necə işlədiyini anlayanda qəsdən hava limanına gecikməyə başlayıb.
“Elə olur ki, aviaşirkətlər təyyarədə yerləri bron edir. Başqa sözlə, onlar artıq alınıb, lakin orada oturan olmur. Məhz mənim başıma gələn hadisələr üçün bu üsula əl atırlar. Demək olar ki, həmişə biznes-klassla uçuram. Təyyarə tərpənməsinə bir neçə dəqiqə qalmış qeydiyyat masasına çatıram. Bu metod demək olar ki, həmişə işləyir”, - deyə turist etiraf edib.
Bununla belə, o bəzi aviaşirkətlərin (əsasən iri) bu üsula aldanmadığını bildirib.