Təyyarə ilə səyahət edərkən insan orqanizminin böyük zərər gördüyü iddia edilir. İnsanın təyyarə səyahəti ərzində məruz qaldığı radiasiyanın olduqca təhlükəli olması müzakirə edilir. Bəs bu iddialar nə dərəcədə doğrudur?
Təyyarə səyahəti zamanı insanın qəbul etdiyi radiasiya normal şərtlərdə müxtəlif mənbələrdən aldığı ümumi radiasiyanın 1/10 hissəsidir. Buna görə də, bu radiasiya insan orqanizmi üçün böyük təhlükə təşkil etmir. Amerikalı ekspertlər yalnız mütəmadi səyahət edənlərin daha çox radiasiyaya məruz qaldığını bildirir. Bildirilir ki, qəbul edilən radiasiyanın təhlükəli dozada olması üçün bi il ərzində 8333 saat təyyarə ilə uçmaq lazımdır. Bu da günün 22 saat edir. Bir sözlə, insan orqanizmi üçün radiasiyanın təhlükəli dozaya çatması demək olar ki, mümkünsüzdür.