Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verildi

Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkənin vətəndaşlarının uçuşuna icazə veriləcək.

Səyahət1 dəq oxu
Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verildi

Bununla bağlı Baş nazir Əli Əsədov  qərar imzalayıb.

Gent.az xəbər verir ki, xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalanıb.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;

- Estoniya Respublikası;

-. Finlandiya Respublikası;

- Fransa Respublikası;

- Honq-Konq (ÇXR);

- Xorvatiya Respublikası;

- İslandiya Respublikası;

- İtaliya Respublikası;

- Latviya Respublikası;

-Malayziya;

- Səudiyyə Ərəbistanı Krallığı;

- Yaponiya.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan