Qəbələyə reyslər təşkil ediləcək - Rusiyanın iki şəhərindən

Səyahət1 dəq oxu
Qəbələyə reyslər təşkil ediləcək - Rusiyanın iki şəhərindən

"Azur Air" aviaşirkəti Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Gent.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi bununla bağlı sözügedən aviaşirkətə rəsmi icazə verib.

“Federal Hava Nəqliyyatı Agentliyinin 1 fevral tarixli qərarı ilə "Azur Air" aviaşirkətinə Moskva-Qəbələ və Sankt-Peterburq-Qəbələ reysləri üzrə uçuşlar həyata keçirməyə icazə verilib. Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq” - deyə məlumatda bildirilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan