AZAL-dan vacib məlumat: Azərbaycana yalnız bu şəxslər uça bilər

Səyahət1 dəq oxu
AZAL-dan vacib məlumat: Azərbaycana yalnız bu şəxslər uça bilər

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı buraxılan şəxslər açıqlanıb.

Gent.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan