Türkiyədə turizm mövsümü aprel ayında başlayacaq. Gent.az xəbər verir ki, bu barədə “Haber Türk” telekanalına müsahibəsində Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy bildirib. Nazirin sözlərinə görə, yeni mövsüm turizm regionlarından başlanacaq.
Aralıq dənizindən Egey dənizinədək davam edəcək. Əvvəlcə turizm regionlarına yerli sakinlər gələcəklər. Aprelin sonunda isə İngiltərə və Rusiadan Türkiyəyə xeyli turist gələcək. Turizm mövsümünə böyük hazırlıq işləri gedir. Hər il olduğu kimi, bu il də turistlər Türkiyədə yaxşı istirahət edəcəklər.
Namiq