Ukraynadan Azərbaycana müntəzəm uçuşlar bu tarixdən - Bərpa Ediləcək

Səyahət1 dəq oxu
Ukraynadan Azərbaycana müntəzəm uçuşlar bu tarixdən - Bərpa Ediləcək

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.

Gent.az xəbər verir ki, bu barədə aviaşirkətin internet səhifəsində bildirilir.

Məlumata görə, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.

Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək. (Report)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan