Bir çoxları sanır ki, ekonom-klas reyslərdə bütün yerlər eynidir.
Lakin bu belə deyil. Sizə, “bron edilmiş” yerin nə qədər əhəmiyyətli olduğu barədə danışacağıq.
AIRBUS 330-200
Əgər sənin yerin 9,10 və ya 11-cı sırada pəncərənin yanındadırsa, bütün uçuş boyu heç nə baş verməyəcək. Lakin eniş zamanı qeyri-adi hisslər keçirəcəksən. Eniş zamanı bu təyyarənin mühərrikində xüsusi qapaq açılır, əyləcə basıldıqda isə bağlanır.
AIRBUS 319
Qəza lükünün önündə olan 10-cu sıradan yer seç. Orada nəinki ayaqları uzatmaq, hətta şpaqata oturmaq mümkündür. Bu təyyaərəd çıxış qapısı qanadın yanındadır. 10-cu sıranın qarşısında isə stüart üçün tək oturacaq qoyulub. Ona görə də, yerlər “bizneslə” müqayiəsədə genişdir.
AN-2
Şimal tərəflərdə bu “avadanlıqdan” hələ də istifadə edirlər. Rahatlıq barədə söz açana gülərlər. Təsəvvür edin ki, Sovetlər zamanı bu təyyarələrdə tualet qismində verdə istifafə edilirdi. Düzdür, indi onlara artıq bio-tualet quraşdırıblar. Bu təyyarədə ən rahat yerlər – 2,5,8 və 11-dir. Çünki korpus burada yuvarlaqlaşır. Buna görə də ayağa qalxarkən başının divara dəymə riski yox olur.
BOEING 737-800
Əgər Sinqapurdan yaxın bir yerə uçursansa böyük ehtimal bu təyyarədə olacaqsan. Biznes-klasa malik olan təyyarələrdə (loukosterlərdə bu olmur) ekonom-klas adətən 6-cı sıradan başlayır. Bu sıranın önündə oturacaq olmur, sadəcə ayırıcı pərdə asılır. Ən rahat yer məhz buradır.