Ekonom klassda uçmaq təhlükəlidir?

Səyahətçi, təyyarə trombozu deyilən sindrom artıq illərdir neçə-neçə insanın həyatını alıb.

Səyahət1 dəq oxu
Ekonom klassda uçmaq təhlükəlidir?

Təyyarə ilə uçmaq damar sistemini təhlükəyə qoyur, buna ciddi hazırlaşmaq və bəzi qaydaları bilmək lazımdır.

Gent.az xəbər verir ki, ali dərəcəli ürək-damar cərrahı Nikolay Şpilev “səhayətçi trombozundan” danışıb.

“Aviauçuşlar zamanı təyyarə kabinində oksigen azlığı, təzyiqin düşməsi, həyəcan, yüksəklik və uzun müddət oturaq vəziyyətdə qalmaq aşağıdakı halları yaradır:

- Hündürlük dekompression xəstəliyi
- Orta qulağın və burun ciblərinin travması
- Emfizema
- Venoz trombemboliya

- İlk dəfə ucuş zamanı embolik ağırlaşma barədə 1954-cü ildə Homans məlumat verib.

1977-ci ildə bu ekonom klass sindromu adını aldı. Çünki bu hissədə uçanlar daha çox ayaqları qatlama vəziyyətində olur və uzana bilmir.

İstənilən trombozun əsasında 3 səbəb durur: qan dövranının durğunlaşması, qanın qatılaşması və damar divarının pozulması.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan