“Banyan Tree AlUla” – Səudiyyə Ərəbistanında bir çox hissi eyni anda yaşamanın təcrübəsi
Bənzəri olmayan “Banyan Tree AlUla Resort”, Aşar vadisinin təbii gözəlliyindən ilhamlanaraq dünyanın ən sirli və maraqlı cəzb məkanlarından birində gözlərdən uzaq bir sığınacaqdır. Vadiyə gəldikləri andan qonaqlar hotelin və onun əzəmətinin çox hissiyyatlı təcrübəsinə qərq olurlar. Sükut, möhtəşəm qaya birləşmələri və təbiətin gücü qarşısında məəttəl qalmış qonaqlar zamanın və məkanın birdən-birə necə dayandığını hiss edərək hisslərin tam oyanmasına şahid olur.
Hotelin xüsusiyyətləri: hər biri zərif, orijinal üsluba sahib olan və eksklüziv antikvarlarla bəzədilmiş 47 dəbdəbəli villa; 2 qastronomik restoran: Tayland və Ərəb mətbəxindən təamlar hazırlayan Saffron və Harrat; məşhur “Banyan Tree SPA” mərkəzi; Aşar vadisinin möhtəşəm mənzərəsi; Düz qayaların arasında yerləşən və təbii su ilə dolu olan əfsanəvi hovuz.
“JW Marriott Mauritius” – Marikidə YUNESKO-nun irsini izləyən məxfi yer
Mavrikinin cənub-qərb hissəsində mənzərəli Le Morn yarımadasında yerləşən “JW Marriott Mauritius Resort” inanılmaz gözəllik və enerji ilə dolu bir məkandır. Vəhşi tropiklərin əhatəsində əl dəyməmiş mənzərələri ilə heyranlıq yaradan yerləşimi və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə “Hind okeanının mirvarisi” adlandırılması təsadüfi deyil.
“JW Marriott Mauritius Resort” sivilizasiyadan uzaqda yerləşir və buna görə də romantik səfərlər, istirahət və ailəvi tətillər üçün ən yaxşı seçim hesab olunur. Bununla belə, ən enerjili qonaqlar üçün hotelin konsyerj xidməti yoqa, snorkeling üzmə, dalğıc, yelkənli idmanı əhatə edən yerli əyləncə proqramı yaradacaq və həmçinin ətraf əraziləri araşdırmaq üçün avtomobil icarəyə götürməyə kömək edəcək. Məsələn, Hind okeanındakı ən yaxşı uçurtma sörfü yerlərindən biri olan “One Eye” buraya çox yaxındır və kurortun düz ətəyində mərcan rifi yerləşir.
500 metrlik özəl çimərliyi ilə səs-küylü bir metropolisin mərkəzində oazis – “Banyan Tree Dubai”, Dubay
Müasir və inanılmaz dərəcədə şıq olan “Banyan Tree Dubai” Dubayın şəhər mənzərəsi ilə əhatə olunmuş əsl incidir. Kurortun orijinal konsepsiyası ondan ibarətdir ki, mehmanxana səs-küylü bir metropolisin mərkəzində əsl oazisdir. Bundan əlavə, hoteldə Ərəb körfəzinin və məşhur Ain Dubay dönmə çarxının panoramik mənzərəsi olan 500 metrlik özəl ağ qumlu çimərlik var. Həmçinin hotelin ərazisində temperatura nəzarət edilən üç hovuz və yeddi restoran var.
Yeni tikilmiş dörd otaqlı villa dünyanın bütün dillərində başa düşülən, düzgün formada ərsəyə gətirilmiş lüksün nümunəsidir. Sahəsi 4465 kvavdratmetr olan, üzgüçülük hovuzu olan özəl ərazi, gözlərdən uzaq istirahət üçün ideal yer kimi xidmət edir.
Dubayda açılışı ən çox gözlənilən yerlərdən biri – “Delano Dubai Hotel”, Dubay
2024-cü ilin oktyabrında “Bluewaters” yarımadasında açılacaq “Delano Dubai”, məşhur Mayami hotelinin enerjisini və simvolik ruhunu ələ keçirərək, qonaqları müasir dizayn və əfsanəvi gözəlliklərlə dolu dünyasına aparacaq.
Hotelin bütün otaqları və suitləri təbii estetikadan ilhamlanıb, axıcı, yumşaq siluetlər və zəngin teksturalarla müasir bir dizayn təklif edir. Hər bir otaq fərqli tonlarda rəng palitrası, unikal mebel, özəl balkon və ya terras, dəbdəbəli mərmər vanna otağı ilə parlaq, cəlbedici bir oazisdir. Hotelin əsas özəlliyi, yeddinci mərtəbəni əhatə edən, xüsusi liftlə çıxışı olan özəl sonsuzluq hovuza sahib, şəhər görüntüsü və işıltılı Ərəb körfəzinin heyrətamiz mənzərələrinə açılan iki terrası olan unikal beş otaqlı suit – “Delano Penthaus”dır.
“Delano Dubai” üç unikal restoran və bar konseptini təklif edir. Kəhrəba rəngli italyan restoranı olan və ayrıca terrasa sahib “Tutto Passa” qonaqları “Bluewaters” yarımadasından Amalfi sahilinə daşıyacaq, sahildəki “Blue Door” restoranı isə əfsanəvi adaşına hörmət əlaməti olaraq qonaqlara xidmət göstərəcək. Hoteldə, həmçinin Hollivudun elitası tərəfindən sevilən simvolik “Rose Bar”ın yenidən dizayn edilmiş konsepsiyası təqdim olunacaq.
Superyaxtalar üçün ən yaxşı marinalardan birində, “Yalıkavak Marina Hotel by Social Living Collection” – Bodrumda dincəlin.
“Yalıkavak Marina Hotel by Social Living CollectionTM” sizi Yalıkavak Marinanın mərkəzində lüks və zərafət dolu dünyaya dəvət edir. Hotel qonaqlarına VIP transfer, CIP salonuna giriş və qalmağınızı unudulmaz edəcək birinci dərəcəli şərait də daxil olmaqla, misilsiz xidmət keyfiyyətini təklif etməyə hazırdır. Bodruma gəldiyiniz andan etibarən unikal sonsuz hovuzdan və misilsiz rahatlıqdan həzz ala biləcəksiniz.
Burada axşamları sahil barlarında və Egey dənizinə açılan salonlarda gün batımı kokteylləri ilə aça, daha sonra isə ulduzlar altında təzə dəniz məhsulları və orijinal türk yeməkləri təqdim edən yerli restoranlardan birində yemək yeyə bilərsiniz. Gecə düşəndə Yalıkavak sahil şənlikləri və rəqs tədbirləri ilə canlanır. Burada xarici DJ-lər və canlı qruplar unudulmaz atmosfer yaradır. Çimərlik fəaliyyətləri və mədəniyyət festivalları həyacanı daha da artıraraq, Yalıkavakda hər axşamı unudulmaz hala gətirir.
“Alhambra Hotel & Villa Augusta” – Xorvatiya hotelində çoxəsrlik ənənələrlə özünüzü tarixə qərq edin
“Alhambra & Villa Augusta” butik hoteli Xorvatiya və İtaliya sahillərindən eyni dərəcədə uzaqda, İstriya və Dalmatiya arasında yerləşən mənzərəli Losinj adasında yerləşir. Hoteldə hər biri möhtəşəm mənzərə ilə mükəmməl harmoniya içində olan, hüzur və rahatlıq dolu rahat atmosferə malik 51 otaq və suit var. Bəzi suitlərin ümumi sahəsi 120 kvadratmetrə qədərdir və Adriatik dənizinin masmavi sularının inanılmaz mənzərələrini təqdim edən geniş terrasları əhatə edir.
“Alhambra Boutique Hotel & Villa Augusta”da keçirəcəyiniz tətil, tarixə qərq olmağı çoxəsrlik ənənələrlə, əbədi zərafət və təbiətin müalicəvi mahiyyəti ilə birləşdirir. Adada hər gün enerji, ən yüksək səviyyəli xidmət və hər zövqə uyğun qastronomik ləzzətlərlə Köhnə Dünya estetikasının cazibəsi ilə doludur.
“Nirjhara Hotel” – İndoneziyadakı tropik mühitdə tam məxfilik
“Nirjhara” hotelinin adını “şəlalə” kimi tərcümə etmək olar. Hotel tropic ağaclar və düyü tarlaları ilə əhatə olunmuş dolama çayın sahilində, Canggu kəndi və Kedungu çimərliyinin yaxınlığında, Seminyakdan 30 dəqiqəlik məsafədə yerləşir. Burada özünəməxsus şəlalə də var - yeni hotelin adını buradan götürdüyünü də qeyd etmək lazımdır. “Nirjhara”nı belə təsvir etmək olar: adət-ənənələrə və yerli mədəniyyətə diqqət, təbiətlə harmoniya və ətraf mühitə qayğı.
Nirjhara ərazisində altı kateqoriyada toplam 25 villa təqdim olunur: çaya baxan pəncərələri olan qoşa çay pavilyonları, çay hovuzlu pavilyonları, rahat ağac evlər, “Canopy” suitlər, həmçinin dörd yataqlı, iki yataq otağı olan hovuz villalar, “Jungle” iki yataq otağı hovuzu, ümumi sahəsi 600 kvadratmetr olan villa, geniş bir villa və “The Residence”. Hər villanın panoramalı terrası və ya açıq hava hamamı olan balkonu var. Villaların düzgün şəkildə yerləşməsi sayəsində qonaqlar tam məxfilik və məhrəmiyyətə sahibdirlər: Siz yalnız restoranda və ya hovuzun yaxınlığında qonşularla üz-üzə gələ bilərsiniz.
“Serensia Woods” – Çində qabaqcıl sağlamlıq təcrübələri
“Serensia Woods” Çinin mərkəzində, mənzərəli Hengqin adasında yerləşən ödənişli sağlamlıq kurortudur. Bura qabaqcıl müalicə üsullarını, qocalma əleyhinə terapiya prosedurlarını, lüks atmosferi və canlı təəssüratları özündə birləşdirir. “Serensia Woods”un məqsədi sağlamlıq xidmətini gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək, həyat keyfiyyətini yaxşılaşdırmaq və qocalma prosesini yavaşlatmaq istəyənlər üçün ideal mühit təmin etməkdir.
“Serensia Woods” Hengqin adasının mənzərəli qərb sahilində yerləşir, yaşıllıqları və Cənubi Çin dənizinin nəfəs kəsən görüntüsünü təqdim edir. Hengqin adası Çin, Honq-Konq və Makao arasında sərhəddə yerləşir. Makaodan avtomobillə cəmi 15 dəqiqə və Honq-Konq-Zhuhai-Makao körpüsü ilə Honq Konqdan 40 dəqiqəlik məsafədə yerləşən “Serensia Woods”, bir metropolis yaxınlığında kurort kimi hüzurun dadını çıxarmağı təklif edir.