Əksər turistlərin səyahət büdcəsi adətən onların tətilə xərcləyəcəkləri müəyyən məbləğlə məhdudlaşır. Bununla belə, bəzi ölkələrdə büdcənizi aşmaq riski daha yüksəkdir.
Gent.az -ın məlumatına görə,“Good Travel Management” turizm şirkətinin yeni araşdırması göstərib ki, turistlərin tətilə planlaşdırıldığından daha çox pul xərcləməsinin ən çox yayılmış ölkəsi Finlandiya olub. Burada büdcədən artıq orta hesabla gündə təxminən 54 avro çox xərclənilib. Xüsusilə yemək, içki və nəqliyyat xərclərindən söhbət gedir.
Qeyd edilir ki, bu ölkənin gözəl mənzərələri və yüksək həyat keyfiyyəti ilə tanınması ilə yanaşı, həm də yaşayış xərclərinin yüksək olması ilə məşhurdur. Məsələn, Avropa Komissiyasının məlumatına görə, Finlandiyada spirtli içkilərin qiymətləri Aİ orta qiymətindən 102% yüksəkdir.
Reytinqdə ikinci yeri turistlərin nəzərdə tutduğundan orta hesabla 47 avro çox xərclədiyi Meksika, üçüncü yeri isə orta gündəlik 43 avro artıq ödənişlə Misir tutub.
Səyahətçilərin gözləniləndən çox pul xərclədiyi 10 ölkə
Finlandiya
Meksika
Misir
Norveç
Yaponiya
Tunis
Mərakeş
Avstriya
Çexiya
Tailand
Ancaq turistlərin planlaşdırdığından daha az xərclədiyi ölkələr də var. Belə ki, Barbadosda turistlər gündə planlaşdırıldığından orta hesabla təxminən 91 avro, Honq-Konqda 79 avro, Lüksemburqda isə 72 avro az pul xərcləyirlər.
Səyahətçilərin gözləniləndən az xərclədiyi 10 ölkə
Barbados
Honq-Konq
Lüksemburq
Avstraliya
Yeni Zelandiya
Yamayka
Slovakiya
Danimarka
Kanada
ABŞ