NASA alimləri Qrenlandiyanın buzları altında soyuq müharibə dövründən qalma hərbi baza aşkar ediblər.
Gent.az xəbər verir ki, baza aprel ayında tapılsa da, NASA bu barədə bazar ertəsi məlumat yayıb.
Bir neçə ay əvvəl alim Çad Qrin mühəndislərlə birlikdə Qrenlandiya buz təbəqəsində radar alətinin işini izləyərkən buz altnda “şəhər” tapıb.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından (JPL) Aleks Qardner bildirib ki, "buz altındakı şəhər" 1959-cu ildə ABŞ Ordusu Mühəndislər Korpusu tərəfindən tikilib. Bu buz qatında tunellər şəbəkəsi yaradılıb, lakin baza 1967-ci ildə tərk edilib və o, qar təbəqələri altında gizli qalıb. Obyekt hazırda səthdən 30 metr aşağıda yerləşir.