Bakıdan bu şəhərə uçuşlar başlayır

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə aviaəlaqəni bərpa edir.

Səyahət1 dəq oxu
Bakıdan bu şəhərə uçuşlar başlayır

Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslərin icrası 1 aprel tarixindən nəzərdə tutulur.

Gent.az xəbər verir ki, uçuşlar Kiyevin “Borispol” (IATA: KBP) hava limanına həyata keçiriləcək. Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Beləliklə, aprel ayından etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı qeyd olunan istiqamətdə uçuşları yalnız “Buta Airways” aşağıbüdcəli brendi vasitəsilə həyata keçirəcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan