Bu gün hər yerdə geyinə biləcəyiniz tərzlərdən biri –“smart-casual” barədə danışacağıq.
“Smart-casual” nə deməkdir?
Stil lüğətindəki mənası səliqəli, ənənəvi, eyni zamanda, nisbətən qeyri-rəsmi üslubda, amma müəyyən bir geyim qaydalarına uyğun olaraq geyinməkdir.
Bu, mənanı bir qədər izah etsə də, detallı məlumat vermir. Əvvəlcə, bunu bilməliyik ki, bu “biznes casual” deyil. 2 termin müəyyən qədər üst-üstə düşsə də, “biznes casual” iş mühiti üçün uyğundur, “smart-casual”ın isə istifadə dairəsi genişdir.
“Smart-casual” haqqında nə formal, nə də qeyri-formaldır deyə mülahizə irəli sürmək doğru deyil. Bu xüsusiyyəti məhz parçanın rəngi, materialı müəyyən edir. Bu stil rahatlıq və tərzi özündə birləşdirdiyindən kişilər tərəfindən çox sevilir.
Lakin bu tərzi formalaşdırmaq elə də asan deyil. Ayrı-ayrılıqda “smart” və “casual” geyimləri uyğunlaşdırmaq lazım gəldiyindən ilk başlarda çətin görünə bilər. “Smart-casual” stilini anlamaq üçün hazır nümunələrə baxaq:
İlk olaraq, süet gödəkçəni süet ayaaqqabı ilə dəstləşdirib tünd boz yun şalvar və çiçək naxışlı sviter ilə tamamlaya bilərsiniz. “Smart” və “casual” arasındakı tarazlığı qorumaq üçün şarf da yaxşı seçimdir. Bu nümunədə süet gödəkcə “smart-casual”, çiçəkli sviter “casual”, şalvar “smart”, süet botlar “smart-casual”, şarf isə “smart” parça hesab edilir.
İkinci nümunəmizdə birinci görüntünü bir az dəyişdirəcəyik. Ağ idman ayaqqabısı və tək rəng ağ kofta böyük fərq yaradacaq. Dəyişdiyiniz parçalar “smart” olduğundan ümumi görüntünüz də bu yöndə olacaq.
Növbəti nümunəmizdə daha ofisə uyğun görüntü yaradacayıq. Bunun üçün pencək, köynək, şalvar dəstini corab və ayaqqabı ilə uyğunlaşdırmalıyıq. Bu nümunədə pambıq bleyzer pencək “smart-casual”, köynək “casual”, şalvar “casual”, corablar “smart” sayılır.
Daha çox “casual” olan bu dəsti bir sviter əlavə edərək “smart-casual”a çevrilə bilərik.
4-cü nümunəmiz yaz üçün uyğun olacaq. İndi mavi və qəhvəyinin uyğunluğundan istifadə edəcəyik. “Smart-casual” qəhvəyi dəri gödəkcə, “casual” mavi köynək, “smart” sadə şalvar, “smart-casual” botlarla yaratdığınız dəstə “smart” eynək də əlavə edə bilərsiniz.
İndi isə sadə, bir o qədər də cəlbedici yay görüntüsü yaradaq. Bunun üçün boz rəngli polo köynəklərinizi, boz şalvar, süet ayaqqabı, onunla eyni materialdan olan kəmər və saat ilə birləşdirə bilərsiniz. Nümunə “smart”a daha yaxındır, belə ki, burada sadəcə kəmər və ayaqqabı “smart-casual” digərləri isə “smart”dır.
Daha öncə qalstuk və cins gödəkcələrinizi birlikdə istifadə etmisiniz? Bəli, bu stildə bu da mümkündür. Sadə yun şalvar, süet botlar, cızıqlı köynək və köynəyin içindəki rənglərdən qalstuk denim pencəklərinizlə “smart-casual” tərz yaradacaq.
Yaz və yay üçün nümunələrə göz gəzdirdik, indi sıra payıza uyğun nümunədədir. 4 geyimdən ibarət “smart-casual” tərz yaratmaq istəyirsinizsə, tünd rəngli boz şalvarınızın altına süet botlar, üzərinə göy boğazlı sviter, onun da üzərinə cins pencək geyinə bilərsiniz. Bu geyimlər ardıcıl olaraq “smart/smart-casual/smart/casual” hesab edilir.
8-ci və son nümunəmiz qış geyimlərindən ibarətdir. Bayaq da qeyd etdiyimiz süet botlarınız və boz şalvarınızın üzərinə qışa uyğun naxışları olan sviter və qalın üst geyimi geyinə bilərsiniz. Bütünlükdə “smart”a yaxın olan dəstinizi sviterin altına geyindiyiniz bir köynəklə “smart-casual” edə bilərsiniz.
Sonda qeyd edək ki, bu stil özünüzü ifadə etmə tərzinizdir. Burada sevdiyiniz və sizi yaxşı hiss etdirən geyimləri birləşdirə bilərsiniz.