Eyni zamanda, təhlükəli pozuntu siqnalları daha az xarakterikdir.
Gent.az xəbər verir ki, həkimlər infarkt əlamətlərini tanımağın nə qədər vacib olduğunu xatırlamaqdan yorulmurlar, çünki xəstəyə mümkün qədər tez kömək göstərməlidir. İngilis kardioloqları xatırladıblar ki, infarktın əsas əlamətləri döş qəfəsində ağrı, təzyiq və ya sıxılma, təngnəfəslik, boyun, çənə, boğaz, qarın yuxarı nahiyəsində ağrıdır.
Əzalardakı gözlənilməz dəyişiklikləri nəzərdən qaçırmamaq lazımdır. Ayaqlarda ağrı, uyuşma, zəiflik və ya soyuqluq ciddi ürək problemlərindən xəbər verə bilər.
Ən təhlükəli markerlərdən biri yeriyərkən baldırlarda olan və dayandıqdan sonra yoxa çıxan ağrılardır. Eləcə də uzanan zaman yaranan ayaq barmaqlarında baş verən və qalxdıqda yoxa çıxan ağrılardır. Bənzər hadisələr aterosklerozun inkişafını göstərir.
İnfarktı digər xəstəliklərdən ayıran əlamətlər:
• Ağrı, sinə təzyiqi
• Yemək borusunda yanma,
• Qoldan aşağı yayılan ağrı.
• Çənəyə yayılan ağrı
• Qusma(medicina.az)