Gent.az xəbər verir ki, terapevt Aleksey Xuxrev 50 yaş təhlükəsi barədə danışıb.
“Yaş bəzi xəstəliklərin açar faktorudur. Pasiyent nə qədər yaşlıdırsa, onun xəstələnmək riski daha da artır. Orqanizmin dayanıqlığı 90% hallarda 50 yaşdan zəifləyir.
Əgər insan oturaq həyat keçiribsə, çəkib içirsə, zərərli qidalanırsa, o orqanizmi daha tez tükədir.
Hüceyrə qocalması çox baş verir.
50 yaşdan sonra əsasən bu xəstəliklər çoxalır:
- Şəkərli diabet
- Arterial təzyiq
- Ürəyin işemik xəstəliyi
- Böyrəklərin disfunksiyası
- Xərçəng
- Genetik xəstəliklər
- Onurğanın degenerativ xəstəlikləri
- Hər bir şəxs 50 yaşa qədər zərərli vərdişlərdən imtina etməli, profilaktik olaraq yoxlanmalı və güvəndiyi bir terapevti olmalıdır ki, onu dinamikada müşahidə etsin.(medicina.az)