5 dadlı 200-kalorilik atışdırma

Həkimlərin “snek” barədə bir fikri yoxdur.
Burada bir sıra amilləri nəzərə almaq lazımdır: proporsiya, fiziki fəallığın səviyyəsi, gündə neçə dəfə yəmiyimiz və hansı məhsulları seçməyimiz.
Lakin məhz aclıq hiss etdikdə buterbrod yemək və yararlı inqredientlər seçmək zərərli olmayacaq. Sənə dadlı və az kaloriyə sahib 5 atışdırmanı təqdim edirik.
Armud və suluqunu pendiri
Şirin və duzlunun uyuşması – müasir qastrobarların menüsunu oluşduran kontrastlardan biridir. Bundan əlavə acı şokoladlı toyuq, zeytunlu portağal, penir və çiyələkli salat da hazırlamaq olar.
Amma restoranda olmadığımızı və imkanımızı nəzər alaraq daha sadə bir şey haqqında düşünmək olar. Söhbət armud və suluqunidən gedir. 175 qram armud və 50 qram pendir götürürük. Bu atışdırma 202 kilokaloridir.
Bananlı kəsmik
Bananlı kəsmik hətta qəlyanaltı üçün uyğundur. İstəyən bu iki məhsulu blenderdən keçirib qarışdıra bilər. Lakin maye halı xoşuna gəlmirsə onları dilimləyib rahat şəkildə yeyə bilərsən.
İki bişmiş yumurta
Bizim siyahımızın ən asan resepti. Xarici görünüşdən doyuzdurucu deyil. Lakin yumurtanın içində çoxlu zülal var və bu atışdırma səni uzun müddət tox saxlaya bilər.
Üç vetçinalı buterbrod
Bu cür buterbrodlar atışdırmaq üçün yaxşıdır. Onları daha balaca dilimlərə doğrayıb rahat yemək olar.
Donmuş gilaslı və qozlu kəsmik
Bir çox insan neytral dadına görə kəsmiyi xoşlamır. Lakin bu atışdırma üçün əla qidadır. Biz ona qoz və gilas əlavə etməyi məsləhət görürük.






