Şişirdilmə qolluqlara, dairələrə və ya matraslara beğ bağlamayın: Suda uşaq təhlükəsizlik qaydaları

Uşağın təhlükəsizliyinə siz böyüklər cavabdehsiniz
Düşünmə ki, “o balacadır, gələ bilməyəcə”, “sözə qulaq asandır, dərinə üzməyəcək” və sair. Uşaq bir dəfə gedib dayaz yerdə yıxılsa və tənqid olunmasa, artıq əl-qolu açılacaq.
Su yanına həmişə uşağı diqqətdə saxlayın. Həmişə
Beş dəqiqə uşaqlara nəzarət edib, heç kimin suya girmədiyindən əmin olandan sonra öz işlərinlə məşğul olmaq olmaz. Uşaqların düşüncə tərzini sezmək mümkün deyil. Sizin başınız başqa işə qarışan kimi onların su ilə bağlı maraqlı ideyaları yarana bilər.
Balaca uşaqlar bizim təhlükə barəsində siqnallarımızı başa düşmürlər
Düşünmə ki, uşağa “Ora getmə, boğulacaqsan”, “Bu plakatı görürsən, üzmək qadağandır” desən bu ona təsir edəcək. O, təhlükəyə işarə edən qırmızı bayrağı çıxartmaq üçün belə suya girə bilər. Ona “təhlükəlidir” yox, “ağrıdar” de.
Elə et ki, uşaq darıxdığı üçün suda oynamağa getməsin
Dəniz qırağında istirahət edirsənsə uşaq üçün təhlükəsiz, su, qum, balıqqulağı və oyuncaqla dolu yer hazırlamaq olar. Bundan əlavə, alaçıq, yelləncək və sair düzəldib uşaqda maraq oyatmaq olar.
Şişirdilmə qolluqlara, dairələrə və ya matraslara beğ bağlamayın
Bu əşyalar uşağı xilas etmir. Onlarla yalnız valdeyn nəzarəti altında oynamaq olar. Məsələn, uşağın belinə taxdığı dairə hər an çevrilə bilər. Bu da faciə ilə bitə bilər.
Su qırağında uşaqlarla istirahət edərkən spirtli içki içməyin
Spirtli içkilər sənin diqqətini kütləşdirir, yuxu gətirir, riski düzgün qiymətləndirməyə mane olur. Bu isə sən və uşaqların üçün böyük riskdir.
Böyük uşağa balacalara nəzarət etməyi tapşırma
Böyük uşağın da diqqəti yayına bilər, balacalar onun sözünə qulaq asmaya bilər, ya da onlar əlbir olub təhlükəli bir şey fikirləşə bilərlər.






